15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulmuş, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur.
Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi