+
-
27.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər davam etdirilir.

Mayın 26-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışlar.

Keçirilən tədbirdə Xətai rayon “Mədəniyyət mərkəzinin” özfəaliyyət dərnəyinin kollektivi və incəsənət nümayəndələri şəxsi heyət qarşısında əyləncəli musiqi nömrələri ilə çıxış etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw