+
-
28.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

28 aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş və önünə gül dəstələri düzmüşlər.

Dövlət Sərhəd Xidmətində keçirilən tədbirdə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

Tədbirdə Milli Məclisin deputatları Ülviyyə xanım Ağayeva və Sevil xanım Mikayılova iştirak etmişlər.

Keçirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn olması qeyd edilmiş, onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə olması vurğulanmışdır.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etməsi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işlərinin dünyа oftаlmologiyа məkаnındа akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirdiyi barədə məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarına “İşığa aşıq ömür” sənədli filmi nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

 

 

 

 

 

 

 

 

f tw