+
-
18.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprel ayının 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində  saxlanılmışdır.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 20 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw