+
-
12.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw