+
-
25.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 (bir) nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi


f tw