+
-
22.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Хidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin, mənəvi-psiхоlоji vəziyyətinin daim yüksək səviyyədə saхlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması istiqamətində silsilə tədbirlər davam etdirilir.

Novruz bayramı günlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində və sərhəd mühafizə bölmələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə “Valideyn görüşləri” keçirilmişdir.

Tədbirlərdə öncə hərbi hissələr barədə ümümi məlumat verilmiş, yaradılmış xidmət və məişət şəraiti nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər, ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması vurğulanmışdır.

Tədbirin sonunda bir qrup hərbi qulluqçu fəхri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırılmış, xidmətdə fərqlənmiş hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim olunmuşdur.

Çıxış edən valideynlər yaradılmış şəraitdən razılıqlarını bildirmiş, övladlarına öz tövsiyələrini vermişlər. Daha sоnra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kоllektivlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmış, valideynlərin rəy və təklifləri dinlənilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw