9-11 mart 2023-cü il tarixlərdə sərhədyanı və digər rayonların yuxarı sinif şagirdləri arasında “Sərhəd” hərbi-idman oyununun 1-ci mərhələsi keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında keçirilən və Vətən sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərin sağlam ruhda tərbiyə edilməsində, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayan “Sərhəd” hərbi-idman oyunları hərbi vətənpərvərlik tərbiyəsi istiqa¬mətində xüsusi yeri olduğu qeyd edilmişdir.
Keçirilən yarış mərhələsində komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması" və "Sıra hazırlığı" üzrə öz bacarıqlarını nümayiş еtdirmişlər.
Yarışlarda qalib olmuş komandalar cari ilin aprel ayında keçiriləcək “Sərhəd” hərbi-idman oyunlarının zona birinciliyində iştirak edəcəklər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi