Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kameraları vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmişdir.
Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları Davud Əfşar Canmurad oğlu, Nadir Cümə Abdulrauf oğlu və Nəcibulla Halili Abdulnəzər oğlu olduqları müəyyən edilmişdir.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvam еtdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi