+
-
07.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Mart ayının 5-də saat 23:45-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində “Honda” markalı, 44-BV-887 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin Şəki rayon sakinləri 1985-ci il təvəllüdlü Əliyev Famil Səfər oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Elçin Ramiz oğlu olmaları müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən bağlamalarda ümumi çəkisi 83 kiloqram narkotik vasitəyə bənzər maddə (69 kiloqram marixuana, 14 kiloqram tiryək və metamfetamin) aşkar olunmuşdur.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw