+
-
18.02.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Mərasimdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə etmişlər.

 Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw