+
-
27.01.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kubokuna start verilmişdir.

6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə Azərbaycan Respublikası “Land of Fire” komandası tərəfindən təmsil edilir.

Yanvarın 26-da yarışqabağı keçirilmiş yoldaşlıq oyununda təmsilçilərimiz Amerika Birləşmiş Ştatlarının “World Polo League” kollektivi ilə qarşılaşmışdır.

Yanvarın 27-dən start götürəcək çempionatda komandamız ilk mübarizəsini “Flexjet” kollektivi ilə aparacaqdır.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizin tarixi və mədəniyyəti təqdim olunur.

Azərbaycan guşəsində xalqımızın milli mətbəxinin nümunələri, mədəniyyəti və turizm potensialı qonaqlara və yarış iştirakçılarına nümayiş etdirilir.

Turnir yanvarın 29-dək davam edəcək.


f tw