+
-
25.01.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış edilmişlər.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılmışdır.

Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət etmişlər.

Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw