+
-
19.01.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Yanvar ayının 17-də Dövlət Sərhəd Xidməti Akademiyasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın azadlığı, müstəqilliyi yolunda həyatlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin tarixi gecədə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bir daha bəyan etdiyini bildirmişlər. 

Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində təcavüzə cəsarətlə etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanmışdır.

Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi tərəfindən “Yanvarın 20-ci günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

                                                                                                                                                                                                    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw