+
-
19.01.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Yanvar ayının 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə “Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar. 

Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-cı il təvəlüdllü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəlüdllü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəlüdllü Hüseyinov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilmişdir. 

Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                                                                                                                                                                                     Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw