+
-
14.12.2022
14.12.2022, 15:47 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Vətən Müharibəsinə həsr olunmuş “ZƏFƏR DASTANI” kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə Milli Məclisin deputatları, tarix elmlər dokturu professor Musa Qasımlı, filologiya elmləri doktoru professor Nizami Cəfərov və “ZƏFƏRƏ DOĞRU” kitabının müəllifi, professor filologiya üzrə fəlsəfə doktoru Rəhilə Soltanqızı iştirak etmişlər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsi zamanı əldə etdiyimiz qələbədə sərhədçilərimizin şücaətindən danışmış, milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş Ermənistan işğalına son qoyulmasını böyük qürur hissi ilə bir daha qeyd etmişlər.

Sonda tədbir iştirakçılarına Şuşa şəhərində keçirilmiş “Xarı Bülbül Festivalı”ndan videoçarx nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw