+
-
09.12.2022
09.12.2022, 10:36 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində dekabr ayının 8-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin yuxarı sinif kursantları üçün “Narkomaniya ümumbəşəri bəladır, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “İnternetdən təhlükəsiz istifadə” mövzularında marifləndirici tədbir keçirilmişdir.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində aparılan geniş mübarizədən və cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən danışılmışdır.

Tədbir iştirakçıları narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı zəruri məlumatları kursantların diqqətinə çatdırmış, narkomaniyanın insan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, həmçinin cinayətkarlığın artmasına səbəb olduğunu bildirmişlər.

Tədbirdə çıxış edənlər “İnternetdən təhlükəsiz istifadə”  mövzusunda informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydaları barədə geniş məlumat vermiş, internetdən istifadənin psixoloji hazırlığının vacib olmasını qeyd etmişlər. 

Sonda kursantları maraqlandıran suallar cavablandırılmış, hər iki mövzunu əhatə edən maarifləndirici filmlər nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw