+
-
08.12.2022
08.12.2022, 11:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilmişdir.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılmışlar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zərurimaarifləndirmə və təbliğat işləri aparılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw