Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülmüşdür.
Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılmışdır. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalmış, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəymişdir.
Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi