+
-

Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev Şəmkir Sərhəd Dəstəsinin «Ağgöl» sərhəd zastavasında

 

Azərbaycanın Ağstafa rayonunun Böyük-Kəsik kəndində– Gürcüstanın Qardabani rayonu ilə sərhəddə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilmişdir. “Qızıl qaynaq” adlanan bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstan Respublikasının Prezidenti cənab Mixail Saakaşvili iştirak etmişlər.

Çıxışlardan sonra Prezidentlər İlham Əliyev və Mixail Saakaşvili qaynaq işlərinə baxmış, qaynaq olunmuş borunun üstünə torpaq atmışlar.

Dövlət başçıları “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan və Gürcüstan hissələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə 16 oktyabr 2004-cü il tarixdə birləşdirilmişdir” sözləri yazılmış lövhənin üzərindən ağ örtüyü götürmüşlər. Onlar burada Azərbaycanın və Gürcüstanın dövlət bayraqları önündə xatirə şəkli çəkdirmişlər. Daha sonra Azərbaycan və Gürcüstanın incəsənət ustalarının konserti oldu.

Mərasimdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Tbilisidəki səfiri və Gürcüstanın Bakıdakı səfiri iştirak etmişlər.

Mərasimdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvilini Ağstafa rayonu ərazisindəki Ağgölə dəvət etmişdir. Dövlət başçıları sərhədçi qayıqlarında göldə gəzintiyə çıxmışlar.

Sonra prezidentlərin təkbətək görüşü olmuşdur. Söhbət zamanı dövlət başçıları ölkələrimizi maraqlandıran bir sıra məsələləri müzakirə etmişlər.

Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstan rəhbərini mehribanlıqla yola salmışdır.