+
-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun Bakıda keçirilən iclasının nümayəndələrini qəbul etmişdir

Görüş zamanı Cənab Prezident konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirakını müsbət hal kimi dəyərləndirmiş, sərhəd xidməti təcrübəsinin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirmişdir. Azərbaycanın sərhəd xidmətinin kifayət qədər güclü olduğunu və getdikcə daha da təkmilləşdiyini bildirən dövlət başçısı xatırlatmışdır ki, hər bir ölkənin təhlükəsizliyi onun sərhədindən başlayır və terrorizmin yaratdığı dramatik vəziyyət şəraitində sərhədlərin tam təhlükəsizliyini təmin etmək üçün bütün ölkələrin sərhəd xidmətləri sıx əməkdaşlıq etməli, qarşılıqlı informasiya mübadiləsi aparmalıdırlar. Yalnız belə əməkdaşlıq nəticəsində dünyada təhlükəsizliyə tam nail olmaq mümkündür.

Bu görüş bir daha göstərmişdir ki, dünyanın terrorizmlə, narkotik vasitələrin qaçaqmalçılığı ilə üzləşdiyi bir vaxtda dövlətimiz sərhədlərin daha mükəmməl mühafizəsinə, təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm verir.