+
-
26.08.2025, 11:50
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətində həqiqi hərbi xidmətə QƏBUL ELAN EDİR

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində həqiqi hərbi xidmət keçmək arzusunda olan 27 yaşadək kişi və qadın namizədlər xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

 •   Ali təhsilli olmalı;

•   Xarici dil bilgisinə sahib olmalı;

•   Növbəli iş rejimində xidmət etməyə hazır olmalı;

•   Fiziki cəhətdən sağlam olmalı;

•   Kişi namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalıdırlar.

Namizədlərin xarici dil bilikləri peşəkar mütəxəssislər tərəfindən qiymətləndiriləcəkdir. Müraciət etmək istəyən vətəndaşların Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

 

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 76.

Əlaqə nömrəsi: 012-493-62-47.