A Z Ə R B A Y C A N R E S P U B L I K A S I N I N
D Ö V L Ə T S Ə R H Ə D X İ D M Ə T İ
Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə müsabiqə
E L A N E D İ R
Müsabiqənin keçirilməsi gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, onların dünyagörüşünü və sərhəd xidmətinə marağını artırmaq, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.
Müsbiqə bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), qəzet məqaləsi və “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazısı nominasiyaları üzrə keçirilir.
Müsabiqənin şərtləri:
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:
Bədii ədəbiyyat üzrə:
Şeir
I yer – 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Hekayə

Təsviri sənət üzrə:
Rəngkarlıq
I yer – 1-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.
Qəzet məqaləsi üzrə:
I yer – 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
İnşa yazısı üzrə:
I yer – 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı;
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası
Əlaqə telefonları: 012 498-01-29, 012 498-01-55, 012 498-01-69, 050 271-47-14
Müsabiqə iştirakçısının anketi (nümunə)
__________________________________________________________________________
(soyadı, adı, atasının adı)
Doğum tarixi _______________________________________________________________
Təhsili ____________________________________________________________________
İş yeri, vəzifəsi ______________________________________________________________
Ünvan, telefon (ev, iş, mobil) ___________________________________________________
(əsərin adı)
İşi təhvil verdi: ______________________________________________________________
İşi təhvil aldı: _______________________________________________________________