+
-
12.11.2018, 00:00
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına QƏBUL ELAN EDIR

Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

 

 Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti  və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
  • (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

            Hərbi xidmətdə olmayanlar üçün –

  • 2019-cu ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır;

2019-cu ilin iyul ayının 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxs­lə­r Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər (rayon) idarə və şöbələri tərəfindən verilmiş  möhlət hüququna dair arayış təqdim etməlidirlər.

 

           Hərbi xidmətdə olanlar üçün –

  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

            

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

 

Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxın­lıqda yerləşən (bölgələrdə yaşayan vətəndaşlar üçün) 
hərbi hissələrinin kadrlar bölmələ­rinə müraciət edə bilərlər (Əlaqə nömrəsi:
 
012–372–16–20).

 

Sənədlər 2019-cu ilin fevral ayının 15-dək qəbul ediləcəkdir.