+
-
24.12.2018, 00:00
ELAN

VALİDEYNLƏRİN  NƏZƏRİNƏ!

 

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə  2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulunu elan edir.

Məktəbə qəbul üçün aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

  • ərizə
  • anket
  • tərcümeyi-hal;
  • doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
  • ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti;
  • valideynlərinin nigah haqqında şəhadətnaməsinin surəti;
  • sağlamlığın vəziyyəti barədə müəyyən edilmiş nümunədə tibbi arayış (forma №86, yaşayış yeri üzrə poliklinikadan);
  • 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil (qırmızı fonda, şəklin arxasında ad və soyad qeyd olunmalıdır);
  • təhsil aldığı məktəbdən (neçənci sinifdə oxuması barədə) arayış.

Sənədlər təqdim olunan zaman şagirdin iştirakı vacibdir.

 

Sənədlərin qəbulu 15 fevral 2019-cu il tarixədək həftənin iş günləri saat 10:00-dan 16:00-dək (13:00-14:00-dək nahar fasiləsi) həyata keçirilir.

Qeyd:  Xüsusi Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin IV sinfini bitirmiş oğlanların qəbulu aparılır.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

Təhsil  Azərbaycan bölməsi üzrə aparılır.  

İmtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə Xüsusi Məktəbdə  keçiriləcəkdir.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

 

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44 - Xüsusi Məktəbin Kadrlar bölməsi.