A Z Ə R B A Y C A N R E S P U B L I K A S I N I N
D Ö V L Ə T S Ə R H Ə D X İ D M Ə T İ
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” münasibətilə “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” mövzusunda yaradıcılıq müsabiqələri
E L A N E D İ R
Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, cəmiyyətimiz üçün sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətənimizin müqəddəs sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, sərhədçi pеşəsinə marağın artırılması, sərhəd xidmətinin xüsusiyyətlərinin və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılmasıdır.
Müsabiqə “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” mövzusunu özündə əks etdirən mahnı, dekorativ-tətbiqi sənət (bədii tikmə, toxuma, əlvan metal üzərində döymələr, taxta üzərində oyma və yandırma işləmələri), təsviri sənət (rəngkarlıq), bədii ədəbiyyat (şeir, hekayə), qəzet məqaləsi və inşa yazısı nominasiyaları üzrə keçirilir.
Müsabiqənin şərtləri:
- şeir, hekayə və qəzet məqaləsi nominasiyalarında iştirak edənlər yazılarını çap və elektron formada (CD diskdə, Arial 12 şriftlə);
- mahnı müsabiqəsi nominasiyasında iştirak edənlər musiqi əsərlərinin sözlər və notlarını yazılı formada, tam mətnli musiqisini isə DVD diskdə;
- dekorativ-tətbiqi sənət üzrə təqdim edilən əl işlərinin ölçüləri 90 x 70 santimetr ölçüdən az olmamalıdır;
- rəngkarlıq üzrə əsərlər kətan parça üzərində çəkilməli və çərçivəyə salınmalı, 90 x 70 santimetr ölçüdən az olmamalıdır;
- inşa yazısı 12 vərəqli dəftərdə, göy rəngli qələmlə yazılmalı, dəftərin üz hissəsində şagird haqqında məlumat (şagirdin soyadı, adı və atasının adı, rayon və məktəb haqqında məlumat və əlaqə telefonu) qeyd olunmalıdır. Müsabiqənin keçirilməsi və qiymətləndirilməsi üçün hərbi hissələrdə rayon təhsil şöbələri ilə birgə xüsusi komissiyalar yaradılır. Komissiyalar 3 (üç) ən yaxşı inşa yazısını qiymətləndirir.
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:
Mahnı müsabiqəsi üzrə:
I yer – 1-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı.
Dekorativ-tətbiqi sənət üzrə:
Bədii tikmə və toxuma
I yer – 1-ci dərəcəli diplom və 1000 (bir min) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 900 (doqquz yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı.
Dəmir (əlvan metal) üzərində döymələr
I yer – 1-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı.
Taxta üzərində oyma və yandırma
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
Təsviri sənət üzrə:
Rəngkarlıq
I yer – 1-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı.
Bədii ədəbiyyat üzrə:
Şeir
I yer – 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
Hekayə

Qəzet məqaləsi üzrə:
I yer – 1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
II yer – 2-ci dərəcəli diplom və 350 (üç yüz əlli) AZN məbləğində pul mükafatı;
III yer – 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
İnşa yazısı üzrə:

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası
Əlaqə telefonları: 012 498-01-55, 012 498-01-29
Müsabiqə iştirakçısının anketi (nümunə)
__________________________________________________________________________
(soyadı, adı, atasının adı)
Doğum tarixi _______________________________________________________________
Təhsili ____________________________________________________________________
İş yeri, vəzifəsi ______________________________________________________________
Ünvan, telefon (ev, iş, mobil) ___________________________________________________
(əsərin adı)
İşi təhvil verdi: ______________________________________________________________
İşi təhvil aldı: __________________________________________________________