+
-
08.05.2020
08.05.2020, 15:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilir.

Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının  “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi”ndə Dahi Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya nümayiş olunmuş və Ulu Öndərin büstü önünə gül dəstələri qoyulmuşdur.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşı­sında misilsiz xidmətlərin­dən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyər­lə­rinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.  

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulan­mışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Keçirilən bütün tədbirlər karantin və sosial məsafə qaydalarına ciddi əməl olunmaqla təşkil olunmuşdur.

                                  

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw