+
-
05.04.2020
05.04.2020, 10:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.  

04 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax ra­yo­nunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən  Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı pulemyot­lardan və snayper si­lah­­larından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məh­dudiyyət tətbiq edilmişdir.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw