+
-
11.12.2019
11.12.2019, 11:10- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınmışdır. Belə ki:

Cari ilin 08 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılmış və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq “tiryək”, 1 kq “heroin”, 750 qr “metamfetamin” və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüd­lü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdirilmişdir.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.

 

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw