+
-
08.11.2019
08.11.2019, 18:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son günlərdə bəzi sosial mediada və “youtube” kanalında Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Əzizli Fərid Ceyhun oğlu­nun Dövlət Sərhəd Xidmətinin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməl­lərdə ittiham etməsi barədə video yazısı yayılmaq­dadır.

Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin icti­mai­ləşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılmış, aidiyyəti hərbi qulluqçuların izahatları alınmış, guya qeyri-etik davra­nışa mə­ruz qal­ma­sı bil­dirilən vətəndaş dinlənilmişdir. Araşdırma nəti­cə­sində göstərilən hallar öz təs­diqini tapmamış, özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilmişdir. 

Məlumat üçün bildiririk ki, leyte­nant F.Əziz­li xidmətində yol ver­diyi ciddi nöqsanlara gö­rə bir neçə dəfə attes­ta­siya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxıl­mağa təqdim olunmuş, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilmiş, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam etmişdir.

Hazırda attestasiya qayda­sında Silahlı Qüvvələrin ehtiyatına bu­ra­xıl­mağa təqdim olunmuş və bununla əlaqədar tibbi şəhadətlən­di­ril­mə­si keçirilən leyte­nant F.Əziz­linin zabitlərə böhtan atma­sında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail ol­maq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaş­dırıl­dıqdan sonra bu halı xidməti vəzi­fələrinin icrasında yol verdiyi nöq­sanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaq­laş­dırılması ilə izah edə bilməkdir.

Qeyd edilən videoyazıda Dövlət Sərhəd Xidmətinin vəzi­fəli şəxs­­­­lə­ri­nə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və lə­­ya­qətini ləkələyən və ya onları nüfuzdan salan məlu­matların ya­yıl­­ması ilə əla­qədar olaraq toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəs­­mi qaydada Azərbaycan Respublikasının Hərbi prokurorluğuna gön­­­də­­­rilmiş, leytenant F.Əzizli xidməti vəzifə­sindən kənarlaşdırılaraq sərəncama götürülmüşdür.

       

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw