+
-
15.10.2019
15.10.2019, 14:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin hərbi ənənələri sırasında vəzifələrinin ic­rasında fərqlənmiş sərhədçilərinin xidmətlərinin qiymətlən­diril­məsi və onların təl­tifləndirilməsi xüsusi yer tutur.

2019-cu ilin 15 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin apa­ratında bu­nun­la bağlı növbəti tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhə­dinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşmüş və onlara yüksək təltifləri təqdim etmişdir.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əmə­liy­yatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərq­lənməyə görə” medalı ilə, 4 müddətli hə­qi­qi hərbi xidmət hərbi qul­luqçusu isə “Hərbi xid­mətdə fərqlənməyə görə” 3-cü də­rəcəli me­dallarla təltif edilmişlər.

Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əmə­liyyatın təfər­rüat­larını məruzə etmiş, Vətənə xidmət etməkdən şərəf və qürur duymalarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olmalarını vur­ğu­lamış və müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xid­mə­tində peşəkar xidmətə qəbul olunmaq arzusunda olmalarını bildirmişlər.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu isti­qamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini qeyd etmiş, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər vermişdir.

  

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw