+
-
08.05.2019
08.05.2019, 14:20- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusunda elmi-praktiki seminarlar keçirilir. Xüsusi tədbirlər planına əsasən hərbi qulluq­çu­ların Heydər Əliyev İdeoloji Mərkəzlərinə ekskursi­ya­la­rı təş­ki­l olunur, hərbi hissələrdə konfrans­lar, seminarlar, tematik axşamlar keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

Millət vəkilləri Aydın Mirzəzadə, Rauf Əliyev və Elmira Axundovanın iştirakı ilə təşkil olunmuş seminarlar çərçivəsində ilk öncə Ulu Öndərin Heydər Əliyev həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, Dahi Öndərin büstü önünə gül dəstələri qoymuşlar. 

Dövlət himninin səslənməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyər­lə­rinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.  

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strate­giyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulan­mışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir.

Tədbirlərin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmiş, incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

 

      Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw