+
-
19.03.2019
19.03.2019, 12:52-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində insanlara yüksək əxlaqi keyfiyyətlər, xeyir­xah­lıq və həmrəylik hissləri aşılayan, xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsi olan Novruz bayramı ərəfəsində silsilə  tədbirlər keçirilir.

Bu tədbirlər çərçivəsində mart ayının 15-də Dovlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə DSX-nin Sahil Mühafizəsində və Horadiz sərhəd dəstəsində bayram tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərdə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin milli ənənə­lə­ri­mizin himayədarı olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından, Dahi Öndərin təməlini qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərə­findən uğurla həyata keçirilməsindən, dinamik iqtisa­di inki­şafın təmin olunması sayəsində xalqımızın sosial rifahının durmadan artmasından, ölkəmizin sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı           danış­ılmışdır.

Tədbirlərdə çıxış edən sərhədçilər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil  Azərbaycan Respublikasının dövlət sərhədlərini qoru­maq­­dan şərəf və qürur duyduqlarını bildirərək ölkəmizin ərazi bütöv­lü­yü­nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə etmişlər.

Bayram münasibətilə hərbi qulluqçular və onların ailə üzvləri üçün təşkil olunmuş tədbirlərdə Respub­likamızın mədəniyyət və incəsənət xadimləri, tələbələr  maraqlı bədii konsert proq­ramları ilə çıxış etmiş, qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxın­dan tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilmişdir.

 

                                                  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw