+
-
28.02.2019
28.02.2019, 13:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik va­si­tələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mü­­barizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınmışdır. Belə ki:

26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin  hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçmışlar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr “heroin” və 4 kq 290 qr “marixuana” aşkar olunaraq götürül­müşdür.

26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanmışdır. Bağla­malara baxış zamanı 7 kq 900 qr “tiryək”, 1 kq 20 qr “heroin”, 3000 həb “metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanmışdır.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw