+
-
27.02.2019
27.02.2019, 13:05 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitə­lə­rin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahə­sin­də Dövlət Sərhəd Xidməti tərəfindən uğurlu əməliyyatlar davam etdirilmiş, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəh­dinin qarşısı alınmışdır.

23 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sər­həd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olmuş­dur. Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətin­də təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələ­rində dövlət sər­hədini pozmağa cəhd edərkən İran İslam Res­pub­likasının vətəndaşı 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılmışdır.

Sərhəd pozucusunun üzərinə  baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram olan narkotik vasitə “tiryək” aşkarlanaraq götürülmüşdür.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticə­sində İİR vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini 1986-cı il təvəl­lüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

İlkin araşdırma zamanı A.Məmmədov 23 fevral tarixində gecə saat­larında As­tara rayonunun Ərçivan kənd sakini 1986-cı il təvəllüdlü Hacıye­va Vü­salə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adla­nan əra­ziyə gəlmələri və İİR vətəndaşı ilə görü­şə­rək on­dan narkotik vasitə əldə etmələrini etiraf etmişdir.

Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram “heroin”, 540 qram “marixuana”, 300 qram “metamfetamin”, 64 ədəd tropikamid “mydrax”, 100 konvalyutda  “pre­qabalin-150” aşkarlanaraq götürülmüşdür.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, barələrində “həbs” qətimkan tədbiri seçilmişdir.

İİR vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıye­va Vü­salə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilmişdir.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­dirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw