+
-
25.02.2019
25.02.2019, 12:09- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıq­lığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz döv­riy­yə­dən çıxarılmasına nail olunmuşdur.

19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dəni­zindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olun­muşdur.

Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşmış və ora­da gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmişdir. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılmış və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülmüşdür.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüd­lü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilmişdir.

Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub­likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf etmiş­dir.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.

 

 

                                   Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi


f tw