+
-
07.01.2019
07.01.2019, 14:54- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.

2019-cu il 02 yanvar tarixində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşları 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunmuşdur.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daş­ları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 2019-cu il 03 yan­var tarixində Azərbaycan Respublikasının vətən­daşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə­dov Danil Səfərəli oğlu saxlanılmışdır.

Fakt üzrə cinayət işi başlanılmış, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw