+
-
19.10.2018
19.10.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilmişdir.

Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəy­yən­ləş­dirdiyi milli sərhəd stra­te­gi­yası­nın Azərbaycan Respubli­ka­sının Prezidenti, Si­lahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında müvəf­fəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizə­sinə göstəri­lən ali dövlət qayğısı dayanır.

Azərbaycan Res­publi­kasının Prezidenti cənab İl­ham Əliyevin 12 iyul 2007-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Aka­demiyasının yaradılması və 2010-cu ilin avqust ayının 10-da onun yeni binalar kompleksinin xidməti istifadəyə verilməsi, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində kadrların hazırlanması üzrə mükəmməl tədris sistemi formalaşdırılmışdır.

Sərhədçi kursantların, o cümlədən Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluq­çularının hərbi və­tən­­pərvərlik tər­biyəsinin əsasını Azərbaycan xalqının ümum­milli lideri Heydər Əli­ye­vin irsinin və Ulu Öndərin banisi olduğu milli dövlətçiliyimizin tə­şəkkül tari­xinin öyrənilməsi təşkil edir. Dövlət Sərhəd Xidmətinin “Heydər Əliyev elmi araşdırmalar mər­kəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissə­lərdə, xüsusilə də Dövlət Sərhəd Xid­mətinin Akademiyasında və Xüsusi Məktəbində Ulu Öndərin həyat salnaməsinin, təh­lükə­siz­lik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi kon­sepsiyasının banisi kimi Azərbaycan Sər­həd Mühafizəsi tarixindəki müstəsna xidmət­lərinin tədqiq edil­məsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhun­da tərbiyə­sinə ciddi önəm verilir.

Oktyabr ayının 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əli­yev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Na­zir­liyinin dəstəyi ilə keçiri­lən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademi­yasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi bilik yarışının qalibi olmuşdur.

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən təd­bir­­lərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xid­mə­tinin şəxsi heyəti tərəfindən  böyük sevinc və qürur hissi ilə qarşılamışdır.

Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev bilik yarışının qaliblərini və onları hazırla­mış müəllim heyətini qəbul etmişdir. Ge­neral-polkovnik Elçin Quli­yev kursantları və onların müəl­lim­lərini qələbə münasi­bə­ti­lə səmi­mi təbrik edərək Azərbay­can Sər­­həd Mühafizəsinin təşəkkülündə və formalaş­masında dahi öndər Hey­­dər Əliyevin müstəsna rolu­nu xüsusi olaraq qeyd etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi Azər­baycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizi re­gio­nun lider döv­lətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çe­virm­əsini, Azər­baycan xalqının gələcəyinə ünvanlanmış milli döv­lətçilik strategiyasını uğurla gerçək­ləşdirməsini, dövlət quruculuğunun və ictimai hə­ya­tın bütün sahələrində olduğu kimi dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini vurğulamışdır.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənil­məsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017 və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi və­tən­pərvərlik tər­bi­yəsi sahəsində qaza­nılmış ciddi uğur kimi qiymətləndirmişdir.

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bi­lik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yük­sək nəti­cə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fər­manlar ilə mükafatlandırılmışlar. 

 

                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw