+
-
29.05.2013
29.05.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

25 may 2013-cü il tarixində Rusiya Federasiyasının “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin işçi görüşü keçirilmişdir.  

Görüş zamanı azərbaycan-rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, Xəzər dənizində əməliyyat şəraiti barədə fikir mübadiləsi aparılmış, sərhəd əməkdaşlığının inkişafı və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirləri yüksək qiymətləndirilmişdir.

Dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi vacibliyi vurğulanməşdır.

Görüşün nəticələrinə görə Protokol imzalanmış, danışıqlar işgüzar şəraitdə, qarşılıqlı rəğbət və anlaşma ruhunda keçmişdir.  

 

f tw