May ayının 23-də Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Yardımlı, Lənkəran, Astara, Lerik rayon sakinlərinin qəbulu keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi