+
-
20.09.2018
20.09.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktə­bində yeni dərs ilinin başlanmasına həsr оlunmuş təntənəli tədbir kеçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını qeyd etmişlər.

DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respub­likasının Birinci Vitse-Prezidenti Mеhriban xanım Əliyеvanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanmışdır.

Məktəbdə kursantların yaxşı təhsil almasının, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin, Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi qeyd edilmişdir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris kor­pu­su cari ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırıl­ması imkanını yaratmışdır.

Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uyğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunmuşdur

Mərasimdə iştirak edən validеynlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və övladlarını təbrik еdərək onlara nəsihətlər vermişlər.

Tədbir kursantların təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

 

 

 

f tw