+
-
04.08.2018
04.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Sərhədi xalq qoruyur” mövzusunda sərhədyanı rayonların sakinləri ilə təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu görüşlərdə sər­həd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşı­lıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır.

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir Lənkəran sərhəd dəstəsində keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Dahi Öndərin büstü önünə gül dəstələri düzmüşlər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərin­dən, Dahi Öndərin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd müha­fizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan da­nışmışlar.

Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanmışdır.

Lənkəran rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafi­zəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət da­şıdığını və yüksək qiymətə layiq olduğunu bildirmişlər.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafat­landırılmışlar.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş etdirilmişdir.

 

                                Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw