+
-
03.08.2018
03.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq avqust ayının 2-də DSX Sahil Mühafizəsində ”Di­ni ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydə­rovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin təbliğat metodları və onun törətdiyi fəsadlar geniş izah olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmi­zin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yö­nəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş və bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görü­lən tədbirlər, eyni zamanda respublikamızda hökm sürən sabitliyi və dinamik in­kişafı gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən bu ilin iyul ayında Gəncə şəhərində ictimai asayi­şi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat ve­rilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində öl­kəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsi­nə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələ­rə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəru­riliyi vurğulanmışdır.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəha­dət” sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw