+
-
21.06.2018
21.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasına cəhd edil­mişdir.

Sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can Res­pub­likası istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­muş və qarşısı alınmışdır.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilmişdir. Baş vermiş hadisə zamanı sər­həd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları almışdır. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçmışlar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilmişdir. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunmuşdur.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar vermişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha­ki­­miy­yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkmiş, səhhətinin vəziyyəti ilə maraqlanmışlar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli­labad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildir­miş­dir.  

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra­­mazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olun­muşdur.

Hadisə ilə əlaqədar zəruri tədbir­lər həyata keçirilir. Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanılmışdır.

   

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw