+
-
18.06.2018
18.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2018-ci ilin 16 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilmişdir.

DSX Xüsusi Məktəbinin sıra meydanında təşkil olunan tədbir Azər­­baycan Respublikasının dövlət himninin ifa olunması ilə başla­mışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmışdır. Tədbirdə çıxış edənlər tərə­findən ölkəmizdə gənclərin yüksək səviyyəli təhsil almaları, fiziki və mənəvi cəhətdən sağlam böyümələri, layiqli vətəndaş kimi tərbiyə olunmaları üçün böyük imkanların yaradılması, bu məsələlərin Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin daima diqqət mərkəzində olması, DSX Xü­susi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaranması, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehri­ban xanım Əliyevanın 2011-ci ilin oktyabr ayının 18-də və 2018-ci ilin mart ayının 5-də məktəbdə təşkil olunan açılış mərasimlərində iştirak etməsinin bu diqqətin real göstəricisi olması qeyd olunmuşdur.

Əsas təyinatının kursantları Azərbaycan Respublikasının Prezi­den­tinə, dövlətçiliyinə, xalqına sadiq və vətən­pərvər ruhda tərbiyə et­mək olan DSX Xüsusi Məktəbində yüksək səviyyəli tədris və təlim şə­raitinin yaradılması xüsusi vurğulanmışdır.

DSX Xüsusi Məktəbini 2018-ci ildə bitirən kursantlara xüsusi döş nişanları və qiymətli hədiyyələr təqdim olunmuşdur. Məzunlar DSX Xüsusi Məktəbinin bayrağı ilə vidalaşmaq üçün bayrağın qarşısında təzim etmişlər.

Kursantlar təntənəli marşla tribunanın önündən keçdikdən sonra “Sərhədçi marşı”nı ifa etmişlər. “Son zəng” çalındıqdan sonra məzunlar əllərindəki göyərçinləri səmaya buraxmışlar.

Bundan sonra məzunlar DSX Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacında üzərində “2018-ci ilin məzunları” yazılmış nar meyvəsinə adları və soyadları yazılmış siyahını sancmışlar.    

Tədbirin sonunda məzunlar məktəbin foyesində Dahi Öndər Heydər Əliyevin büstü önünə tər qızılgüllər qoyaraq təzim etmiş və xatirə fotoşəkili çəkdirmişlər.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov iştirak etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw