+
-
29.05.2018
29.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cüm­huriyyətinin yaradılmasının 100 illik yubiley münasibətilə silsilə bayram tədbirləri davam etdirilir.

28 may 2018-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda sərhədçilər üçün inşa edilmiş yaşayış kompleksində hərbi qulluqçular və onların ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan dövlətçilik tarixində şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmış, xalqımızın milli oyanışının məntiqi yekun olaraq ilk demokratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumatlar verilmiş, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb edildiyi qeyd olunmuşdur.

Tədbirdə Xalq Cüm­huriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya dövlətləri arasında layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanmışdır.

Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına olan ali diqqət və qayğısı xüsusi olaraq qeyd olunmuşdur.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw