+
-
28.05.2018
28.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Müqəddəs və yenilməz dövlət bayrağımız altında Azərbaycan sər­həd mühafizəsini təmin etməkdən şərəf duyan Azərbaycan sərhədçiləri Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyini və Azərbaycan Xalq Cüm­huriyyətinin 100 illiyini təntənəli surətdə qeyd edirlər.

Hər bir Azərbaycan sərhədçisi milli dövlətçilik salnaməsinin başlan­ğıc nöqtəsi olan dövlət sərhədlərinin yaranması və mühafizəsi tarixinin iştirakçısı, Dahi Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olması ilə fəxr edir.

Müstəqillik dövründə dövlət bayrağımızın Azərbaycan Respublika­sının Silahlı Qüvvələrində ilk dəfə 22 avqust 1992-ci il tarixdə Naxçıvan sərhəd dəstəsində, Dahi Öndər Heydər Əliyevin iştirakı ilə qaldırılması Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən şərəfli səhifələrindən biri ol­maqla bərabər hər bir sərhədçinin üzərinə əlavə məsuliyyət qoyur.

Dahi Öndər Heydər Əliyevin əmri ilə dövlət sərhədində əbədi ucal­dılmış, şərəf, şücaət və şöhrət rəmzimiz olan milli üçrəngli dövlət bayra­ğımız altında xidmət aparmaq Dövlət Sərhəd Xidmətinin hər bir əmək­daşı üçün böyük qürur mənbəyidir.

27 may 2018-ci il tarixdə Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin Xəzər dənizində sərhəd sularında Dahi Öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə etmiş, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildirmişlər.

Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvər­liyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw