+
-
05.04.2013
05.04.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

        Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

        Ay ərzində dövlət sərhədini pozduqları üçün 30 halda 48 nəfər saxlanılmış, onların 23 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri İran İslam Respublikası, 8 nəfəri Özbəkistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, hər ölkədən 1 nəfər olmaqla Tacikistan, Qırğızıstan, Qazaxıstan və Şri-Lanka vətəndaşı olmuşdur. Rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 14 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

         Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 208 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

         Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 36 kiloqram 289 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

         Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 1 milyon 144 min manat olan qaçaqmal, o cümlədən 227 ədəd ümumi çəkisi 643 qram olan qızıl boyunbağı, 1060 manat AR valyutası, 3700 dollar ABŞ valyutası, 130 min rial İİR valyutası, 102 ədəd müxtəlif markalı mobil telefon, 1 ədəd pnevmatik tüfəng, 4 ədəd pnevmatik tapança, 1 ədəd qaz tapançası, 50 ədəd 16 mm-lik patron, 400 qram barıt, 268 ədəd piston, 2 kq qırma, 25 ədəd giliz, 34 baş iribuynuzlu heyvan, 87 ədəd ətir, 5700 metr balıq tutmaq üçün tor, 13 ədəd qayıq, 1 ədəd rezin qayıq, 5 ədəd rezin kamer, 1 ədəd qayıq mühərriki, müxtəlif növ dərman preparatları, spirtli içki və siqaretlər, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

         Dövlət sərhədlərimizin etibarlı mühafizasinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

f tw