Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun Novruz bayramı münasibətilə birgə tədbirlər planına uyğun olaraq 16-17 mart 2018-ci il tarixlərdə Bakı, Göytəpə, Horadiz və Zaqatala şəhərlərinin ərazilərində yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin və ərazi Hərbi Prokurorlarının şəxsi heyətlə görüşləri keçirilmişdir.
Keçirilən görüşlərdə qonaqlar Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı danışmışlar.
Tədbirlərdə Hərbi Prokurorluq əməkdaşları cinayət hadisələrinin qarşısının alınması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətin qarşısında çıxış etmiş, hərbi qulluqçulara müvafiq tövsiyələr vermişlər.
Qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etmişlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəz