+
-
13.03.2018
13.03.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizi­nə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­bir­lə­rinin həyata keçirilməsi davam etdirilir.

2018-ci ilin 12 mart tarixində Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin 2 (iki) nəfərdən ibarət heyə­ti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilmişdir.

Sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülmüşdür.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbindən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aş­kar edilmiş, zəruri xilasetmə əməliyyatına başlanılmışdır.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olmuşdur.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw